3 Fevral 2021 01:36
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Aleksey Navalnıya həbs cəzası verilməsindən ciddi narahatdır və Rusiya hökumətini onu azad etməyə çağırır”.

Teleqraf.com xəbər verir ki, belə bir bəyanatla ABŞ dövlət katibi Entoni Blinken çıxış edib.

Onun sözlərinə görə, Navalnı da istənilən Rusiya vətəndaşı kimi Konstitusiya ilə təmin edilmiş hüquqlara malikdir:

“Rusiya da öz növbəsində qanun qarşısında bərabərliyə və özünü ifadə etmək və dinc toplaşmaq hüququna hörmət etməklə bağlı beynəlxalq öhdəliklərə sahibdir. Biz bir daha Rusiya hökumətini Navalnını dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırırıq”.

Blinken əlavə edib ki, Navalnı ilə bağlı məhkəmə onun hüquqlarını pozub və “siyasi plüralizmi boğub”.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Navalnı ilə bağlı vəziyyəti şərh edən xarici siyasətçilərə beynəlxalq hüquqa hörmət etməyi və öz ölkələrinin problemləri ilə məşğul olmağı məsləhət görmüşdü.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər