Bir kərə yüksələn bayraq, bir daha enməz! - M.Ə.Rəsulzadə. Dost və qardaş Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May - Respublika günü münasibətilə təbrik edir, dövlət müstəqilliyi və suverenliyinin əbədi olmasını arzu edirik.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Bakıdakı səfirliyinin Feysbuk hesabındakı paylaşımında vurğulanıb.
Qeyd edək ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür.