12 İyun 2021 13:51
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib.

Teleqraf.com xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabandakı məzarı üzərinə qoyulub.

Qeyd edək ki, Ç.Qacar bu gün 92 yaşında vəfat edib.


Müəllif: Teleqraf.com