12 İyun 2021 20:22
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir İrakli Qaribaşvilinin fəal iştirakı ilə Azərbaycan tərəfi 15 ermənini Gürcüstan vasitəsilə Ermənistana təhvil verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Vurğulanıb ki, bununla Cənubi Qafqaz bölgəsində təhlükəsizlik mühitinin inkişafı üçün xüsusi addım atılıb.

Məlumata əsasən, hökumət başçısı şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla daimi təmasda olub:

“Bu fakt Gürcüstanın yaxın qonşuları arasındakı münasibətlərdə gərginliyin daha da azalmasına əhəmiyyətli təkan verəcək. Gürcüstan bölgədə sülh, sabitlik və əməkdaşlıq atmosferinin yaradılmasına mühüm əhəmiyyət verir. Gürcüstan regional əməkdaşlığın inkişafı üzrə beynəlxalq ictimaiyyətin səylərinə öz töhfəsini verməyə hazırlığı barədə dəfələrlə bəyan edib”, - məlumatda bildirilir.

Vurğulanıb ki, bu gün qonşu ölkələr arasında mürəkkəb məsələlərin həllində irəli atılmış addım olacaq: “Gürcüstan zərurət yaranacağı təqdirdə, gələcəkdə də proseslərdə, ilk növbədə, humanitar məsələlərin həllində tərəfdaşlarına maksimum kömək göstərməyə hazırdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər