"Qırğız Respublikasının Azərbaycandakı səfirliyi üçün iki ölkə arasında siyasi əlaqələrin inkişaf etdirilməsi qarşıdakı fəaliyyətin başlıca istiqaməti olacaq".
BunuTeleqraf.com-a Qırğız Respublikasının yeni təyin olunmuş səfiri Kayrat Osmanəliyev bildirib.
Diplomat həmçinin iqtisadi əməkdaşlığın da gündəmdəki mühüm məsələ olduğunu dilə gətirib.
“Bununla yanaşı, mədəni-humanitar əlaqələr də ölkələrimiz arasındakı əməkdaşlığın ən səmərəli sahəsi ola bilər” – deyə səfir əlavə edib.
Xatırladaq ki, yeni səfir Kayrat Osmanəliyev Azərbaycana gələn ay gələcək.