17 İyul 2021 10:36
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin nümayəndə heyəti ilk dəfə rəsmi olaraq Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib.

Teleqraf.com xəbər verir ki, heyət Şimali Kipr Prezidenti Ərsin Tatar, parlamentin sədri Öndər Sənnaroğlu və Baş nazir Ərsan Sanərlə görüşüb.

Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Prezident Tatar tərəfindən qəbul edilib.

Ölkə lideri Türkiyənin Azərbaycanla yaxınlığını məmnuniyyətlə qarşıladığını bildirib: “Biz bir millət, üç dövlətik. Hamımız türk soyundan gəlirik”.

Azərbaycandan olan millət vəkillərini qəbul etməkdən məmnun olduğunu dilə gətirən Tatar bildirib: “Bu günlər üçün həmişə darıxırdıq. Uşaqlığımızdan bu ölkədə böyük bir mübarizə içindəyik”.

Kiprin türk xalqının mübarizəsini Qarabağdakı mübarizəyə bənzədiyini işarə edən Ərsin Tatar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözündən sitat gətirib: “Yunan Kiprinin Avropa Birliyinə birtərəfli qəbul edilməsi qanunsuzluq və tarixi səhvdir”.

Tatar bir çox Azərbaycan türkünün Şimali Kiprdə yaşadığına diqqət çəkib. O, millət vəkillərinə minnətdarlığını bildirib, Azərbaycan xalqı və prezidentinə sevgisini çatdırıb.

Azərbaycan nümayəndə heyətinin Kiprə gəlməklə bir tarix yazdığını bildirən ölkə rəhbəri iki dövlət arasında siyasi əlaqələrin tədricən inkişafı üçün birlikdə hərəkət edəcəklərinə və qardaşlıq hislərinin artacağına inandığını deyib.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Kipr türk xalqının ikili standartlardan qurtulmalı olduğunu söyləyib: “Qardaşlar qardaşlarının yanında olmalıdır. Türklər türklərin yanında olmalı və dünya bunu görməlidir”.

Seyidov 20 İyul Kipr Sülh Əməliyyatının 47-ci ildönümündə Prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə səfəri zamanı azərbaycanlı millət vəkillərinin burada olacağını bildirib. Heyəti qəbul etdiyinə görə Prezident Tatara minnətdarlığını çatdıran Seyidov əlaqələrin bundan sonra da inkişaf edəcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər