“Vaksinasiya prosesi müvəffəqiyyətli olarsa, 2022-ci ildə normal vəziyyətə dönmək mümkün olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sağlamlıq müşaviri, professor Antony Fauci deyib.
Onun qənaətincə, əhalinin əksəriyyəti peyvənd olarsa, gələn ilin yazında normal vəziyyətə qayıdıla bilər:
“Bu mövzuda heç bir zəmanət yoxdur və hər şey peyvənd prosesindən asılıdır. “Delta” variantı son zamanlar çox yayılıb. COVID-19 səbəbiylə ölümlər əsasən peyvəndlənməyən insanlar arasında müşahidə olunur”.