Cənubi Afrikada COVID-19 epidemiyasının yeni mutasiyası tapılıb.
Teleqraf.com xəbər verir ki, məlumatı Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutu açıqlayıb.
Məlumata görə, 2021-ci ilin may ayında “C.1.2” adlı aşkar edilən yeni mutasiya Cənubi Afrika, İngiltərə, Çin, Konqo, Yeni Zelandiya, Portuqaliya və İsveçrə kimi ölkələrdə də müşahidə edilir.
Virusun yayılma sürətini izləyən elm adamları aylıq olaraq “C.1.2” variantının Beta və Delta növləri kimi hərəkət etdiyini vurğulayıb. “C.1.2” ardıcıllığındakı mutasiya sürətinin digər variantlara nisbətən daha iti olduğu bildirilir.
Elm adamları bu sürətli mutasiyanın Alfa, Beta və Qamma variantlarında da müşahidə edildiyini açıqlayıblar: “Bu variantın Delta üzərində dominant olub-olmayacağını görmək üçün araşdırmaları artırmalıyıq”.