Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində işgüzar səfərdədir.
Teleqraf.com xəbər verir ki, sentyabrın 6-da Vyana Beynəlxalq Mərkəzində Qadın Parlament Sədrlərinin 13-cü Sammiti işə başlayıb.
Norveç parlamentinin və Sammitin sədri Tone Vilhelmsen Tröen, Avstriya parlamentinin prezidenti Volfqanq Sobotka, Parlamentlərarası İttifaqın prezidenti Duarte Paşeko açılış çıxışları ediblər.
Parlament sədrlərinin V Ümumdünya Konfransında spikerlər pandemiya ilə mübarizə, post-COVID dövründə gözləntilər, iqlim dəyişikliyi ilə bağlı təxirəsalınmaz tədbirlər, dezinformasiyanın qarşısının alınması, gənclərin siyasətdə iştirakı, gender bərabərliyi mövzularında fikir mübadiləsi aparacaqlar.
Səfər sentyabrın 9-da başa çatacaq.
Milli Məclisin sədri Sahibə Qafarova çıxışının videosunu təqdim edirik: