11 Sentyabr 2021 14:31
3 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti, parlamentdəki “Hayastan” blokunun lideri Robert Köçəryan Moskvaya çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti məlumat yayıb.

Qəzet Köçəryanın Moskvaya hakim “Vahid Rusiya” partiyası tərəfindən dəvət olunduğunu bildirib.

“Hakim “Vahid Rusiya” Partiyası Robert Köçəryana siyasi məsləhətləşmələr üçün Moskvaya səfərə dəvət göndərib. Köçəryan səfər zamanı partiya lideri (Dmitri Medvedyev) ilə görüşəcək və bölgədə baş verən hadisələri müzakirə edəcək”, - “Past” yazıb.

Qəzet iddia edib ki, səfər zamanı bölgədə güclənən Türkiyə-Azərbaycan müttəfiqliyinə qarşı, eləcə də Rusiya-Ermənistan münasibətlərinin yeni istiqamətlərinə dair müzakirələr aparılacaq.

Qeyd edək ki, “Vahid Rusiya”nın rəhbər şəxslərindən biri də hazırkı Prezident Vladimir Putindir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər