İlon Mask "Taym" (“Time”) jurnalının versiyasına görə “İlin adamı” seçilib.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalın “Tvitter” səhifəsində məlumat verilir.
İlon Mask kotirovkalardan asılı olaraq real vaxt rejimində yenilənən Forbes Real-Taym reytinqinə görə, planetin ən zəngin iş adamları siyahısında birinci yerdədir.
2020-ci ildə “İlin adamı” titulunu seçkilərdə Donald Trampa qalib gələn hazırkı ABŞ Prezidenti Co Bayden və ölkənin vitse-prezidenti Kamala Harris bölüşüb. Trampın özü “Taym” tərəfindən şort-listə salınıb.
Ötən illərdə “Taym” İosif Stalin, Nikita Xruşşov, Yuri Andropov, Mixail Qorbaçov və Vladimir Putini “İlin adamı” kimi tanıyıb. 2019-cu ildə jurnal İsveçdən olan ekoloji fəalı Qrete Tunberqi bu ada layiq görüb.