Azərbaycan bizim can qardaşımızdır. İki dövlət bir dövlət mövqeyindən başlayaraq Azərbaycanın haqq işində onların birlikdəyik. Məqsədimiz bütün Qafqazda əbədi sülh və sabitliyin təmin olunmasıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.
"Bizim arzu və ümidimiz cənab İlham Əliyevin və cənab Prezident Rəcəb Tayyib Ərdoğanın uzatdığı sülh əlinin Ermənistan tərəfindən başa düşülməsi və tutulmasıdır. Bu fürsətdən istifadə edilməsidir. Məsələ təkcə Azərbaycan və Ermənistandan getmir, bütün bölgədə - Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İran bütünlükdə regionun sabitlik adasına çevirrilməlidir", - Akar söyləyib.