4 Fevral 2022 17:42
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının bugünkü iclaslarında bütün məsələlər və çətinliklər müzakirə olunub.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantının yekunları ilə bağlı təşkil olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, SGC bu istiqamətdə olan missiyasını uğurla həyata keçirirb: “Bu gün Cənub Qaz Dəhlizi uğurla fəaliyyət göstərir”.

Nazir bildirib ki, bu gün iclas çərçivəsində iki görüş keçirilib: "Bu görüşlərdən biri də Balkan ölkələrindən olan nümayəndələr Azərbaycan qazının bu bölgəyə qədər uzadılmasını xahiş etdilər və bununla bağlı istəklərini dilə gətirdilər. Bu istiqamətdə işləri növbəti dövr ərzində həyata keçirəcəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər