“Dünyada cərəyan edən təhlükəli və bəşəriyyəti çətin sınaq qarşısında qoyan hadisələrin fonunda bütün informasiya resurslarıyla “ədalət” axtarışına çıxan Avropa və onun fundamental insan hüquq və azadlıqlarını, humanizm prinsiplərini, siyasi əxlaq, şərəf və ləyaqətin də yer aldığı bütün ümumbəşəri dəyərləri alver predmetinə çevirən parlamentariləri növbəti dəfə satqın, xəyanətkar, çoxüzlü mahiyyətlərini ortaya qoydular”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
Ekspert qeyd edib ki, Azərbaycanın 30 ilə yaxın işğal altında olan, misli görünməmiş vandalizm aktlarına, dağıntılara məruz qalan yaşayış məntəqələrini görməzdən gəlib, bu qeyri-insani vəhşiliklərin müəlliflərinin olmayan “irs”inin müdafiəsinə qalxanların saxtakarlıq çamuruna bulaşmaqdan palçıq-heykələ dönmüş vücudları dünyanın ən aşağılayıcı epitetlərini belə maqnit kimi özünə çəkir:
“Bu ləyaqət və vicdan yoxsullarının şərəflərini sataraq qəbul etdikləri “Dağlıq Qarabağ”da erməni mədəni irsinin məhv edilməsi haqqında” qətnaməyə - Avropa Parlamentinin növbəti üzqarası kağızına bundan daha yumşaq münasibət bildirmək mümkün deyil. Məgər, Avropa parlamentariləri Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyində məscidlərimizin, ziyarətgahlarımızın donuz tövləsinə çevrildiyini, yerlə bir edildiyini, mədəniyyət və tarixi abidələrimizin məhv edildiyini, azərbaycanlıların sümüklərinin belə qəbirlərindən çıxarılaraq aşağılandığını bilmirlər? Əlbəttə, bilirlər! Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri bütün vəhşiliklərdən xəbərləri var.
İşğaldan azad etdiyimiz ərazilərimizin, bütövlükdə Qarabağın, Zəngəzurun, İrəvanın, Göyçənin, Dərələyəzin, Qafanın və hazırda Ermənistan adlanan saxta dövlətə coğrafi məkan olan ərazilərin tarixin bütün dövrlərində azərbaycanlılara məxsus olduğundan necə, xəbərləri yoxdur? Var, əlbəttə! Arxivləri adlarını sadaladığım və sadalamadığım yurd yerlərinin bizə məxsus olduğunu sübuta yetirən saysız-hesabsız sənədlərlə doludur. Bütün bunları bilə-bilə vaxtilə torpaqlarımızda yerləşdirdikləri, mədəniyyətimizdən özlərinə “mədəniyyət” biçən soysuz-köksüz bir ovuc erməninin müdafiəsinə qalxır, vandalizmə məruz qalanları “vandalizm”də ittiham edirlər”.
Elçin Mirzəbəylinin sözlərinə görə, ultramillətçilik, islamafobiya, Azərbaycan və türk düşmənçiliyi damarlarındakı qana, düzü əyri görən göz bəbəklərinə kimi hopub və hətta məscidlərimizin tövləyə çevrilməsindən də zövq alırlar:
“Bəlkə, məlum kağız parçasına səs verən Avropa parlamentariləri ermənilərin məscidlərimizdə saxladıqları, işğala son qoyulduqdan sonra isə ayaqları sahibləri kimi torpaqlarımızdan kəsilən donuzların qohum-əqrabalarıdır və donuz əmiuşağı, xalauşağı, dayıuşağlarının “başlarına gələnlər” onların olmayan qürurlarına toxunub?
Yəni bu nə şərəfsizlikdir belə? Bu ağa qara, qaraya ağ deyən kağız parçasına başqa nə ad vermək olar? Bu, irqçilikdi, milli və dini düşmənçilikdi, ksenofobiyanın, ariizmin ən qatı, ən iyrənc təzahürüdür. Elə bil Avropa Parlamentində eyni anda 635 Hitler “zühur edib”, insanlığı uçuruma aparan vəşhi ideologiyaya, və onun təzahürlərinə boyun əyməyən günahsız insanlara kütləvi şəkildə “ölüm hökmü” kəsir.
Doğrusu, Avropa Parlamentindəki çoxluqdan bütün iyrənclikləri, saxtakarlıqları gözləyirdim. Çünki onların bir qismi ilə müxtəlif tədbirlərdə qarşılaşmışam, necə rəzil və riyakar olduqlarını da yaxşı bilirəm. Eyni zamanda, yüksək etimad bəslədiyim insanların da bu klassik siyasət dələduzları ilə bağlı şahidlik etdikləri rüsvayçılıqlar barədə məlumatlıyam. Amma yenə də bu qədərini gözləmirdim.
Əgər bütün bunlardan sonra korrupsiyanın dibində var-gəl edən bu siyasət dəllalarının “demokratiya”, “insan haqları” və bu kimi yüksək dəyərlər haqqında sərsəmlədikləri nağıllara kimlərsə inanmağı bacarırsa, o zaman belələrini ömürlərinin sonunadək müalicəyə göndərmək, muzdlu “inanclıları” isə cəmiyyətdən təcrid etmək lazımdır.
Azərbaycan xalqına və dövlətinə qarşı edilən misli görünməmiş haqsızlıq göz qabağındadır və Avropa parlamentariləri öz saxtakarlıqlarına və bənzərsiz simasızlıqlarına bu sürətlə davam edərlərsə, ekstrimal hallarda üz tutacaqları ünvan, yaxud qızınacaqları ocaq qalmayacaq. İti qovan kimi bütün qapılardan qovulacaqlar, saxta dəyərləri və riyakar “tərəfdaşlıqları” ilə birlikdə”.