Milli Məclis “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanununun layihəsini də qəbul edib.
Fondun sədri Elman Mehdiyev deyib ki, Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsinə 100 min manat artım edilib. Onun sözlərinə görə, sanatoriya, kurort yollayışlarında artım olub. Bu məbləğ 122,8 min manatdan növbəti il üçün 222 min manata çatdırılıb: “Əvvəl 122,8 min manat nəzərdə tutulmuşdu. Bu vəsait DSMF-nin saxlama xərclərinin azaldıması hesabına mümkün olub. Nəzərdə tutulan artımın, 30,3 min manatı sığorta olunanların uşaqlarının kurort və istirahəti, 167,4 min manatı AHİK-in idman cəmiyyətlərinin inkişafına yönəldilməsi, 9,7 min manatı sanatoriyada qida və tibbi personallar üçün nəzərdə tutulub”.
Deputatlar Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında qanunu qəbul ediblər.
Nemət