14 Sentyabr 2022 10:42
2 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi Avropa ölkələrinin Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçiriləcək sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istədiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi bəzi Avropa ölkələrinin Rusiyanın qazı kəsməsindən sonra Ərdoğandan kömək istədiklərini deyib.

“Əvvəlcə Bosniya-Herseqovina, sonra Serbiya və Xorvatiyada olduq. Üç ölkədə görüşdüyümüz istər baş nazirlər, istər prezidentlər, istərsə də digər həmsöhbətlərimizin bizə dedikləri cümlə belə idi: “Gələn həftə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində olacaqsınız. Xahiş edirik, orada Putinə deyin. Sizin Azərbaycan Prezidenti İlham Əliyevlə münasibətləriniz yaxşıdır, xahiş edirik, qış yaxınlaşanda nə aldığımız yanacağı, nə də verdikləri qazı kəsməsinlər”.

Bu kimə deyilib? Bu ölkənin rəhbərinə. Təsəvvür edin, burada bir adam donsa, donacağını bilsə, deməyəcəyi sözləri bu ölkələrin liderləri səviyyəsində qulağımıza pıçıldadılar”, - nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər