İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər Xəzər dənizi bölgəsində iqtisadi zona və “yaşıl gömrük dəhlizi”nin yaradılmasını təklif edib.
Teleqraf.com xəbər verir ki, o, İranın bölgə ölkələri ilə əməkdaşlıqda maraqlı olduğunu deyib.
“İran qonşu dövlətlərlə, xüsusən də Xəzəryanı ölkələrlə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır. Xəzəryanı ölkələrin dövlətlərinin və özəl sektorlarının böyük potensialından istifadə etmək üçün biz Xəzər regionunda ümumi iqtisadi zona, eləcə də “yaşıl gömrük dəhlizi”nin yaradılmasını təklif edirik”, - Möhbər bildirib.
Xəzər hövzəsi ölkələrinə Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran daxildir.