14 Dekabr 2022 01:44
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir.

Teleqraf.com xəbər verir ki, hava şəraitinin soyuq olmasına baxmayaraq aksiyaçılar etirazlarını davam etdirirlər.

Aksiyaçılar üçün ərazidə tibb məntəqəsi də qurulub.

Havanın soyuq olmasına baxmayaraq etiraz aksiyasında əhval ruhiyyə çox yüksəkdir. İştirakçılar vətənpərvərlik mahnıları oxuyur, əllərində Azərbaycan bayrağı, birlik, bərabərlik şüarları səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər