7 Fevral 2023 16:50
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belə bir ehtimalın reallaşacağına əmin deyiləm”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya xarici işlər naziri Sergey Lavrovun maraqlı olacağı təqdirdə KTMT-nin bu ölkədə müşahidə missiyası yerləşdirə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“Təşkilatda öz maraqları olan müxtəlif ölkələr var və onlardan birinin veto qoymayacağına əmin deyiləm. Bizə xəbər verilmədiyi üçün ətraflı məlumatım yoxdur. Siz özünüz də efirdə gördünüz ki, KTMT-yə üzv olan dövlətlərdən birinin rəhbəri Azərbaycanla bağlı fikirlərini bildirib. Bilmirəm nə dəyişib?”, - spiker vurğulayıb.

Lavrov bundan əvvəl Ermənistan-Azərbaycan sərhədində KTMT missiyasının yerləşdirilməsi təklifinin hələ də müzakirə mövzusu olduğunu söyləyib: “Əgər erməni müttəfiqlərimiz və dostlarımız hələ də bunda maraqlanırlarsa, o missiya cəmi bir-iki günə yerləşdirilə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər