12 Fevral 2023 22:56
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş verən güclü zəlzələ zamanı uçan evlərin tikinti ilə məşğul olan 131 tikinti şirkətinin işçisi saxlanılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

"Türkiyənin Ədliyyə Nazirliyi onu da bildirib ki, ədalət (binaların uçmasına görə) bütün məsuliyyət daşıyana şəxslərə çatacaq, prokurorlar isə artıq bəzi dağılmış binaların tikildiyi materialların nümunələrini toplamağa başlayıblar", - deyə qeyd olunub.

Bildirilib ki, Türkiyənin Ədliyyə Nazirliyi ötən gün sübutlar toplayan və bəzi binaların dağılmasına səbəb ola biləcək vicdansız podratçıları, həmçinin memarları, geoloqları və mühəndisləri müəyyən edəcək xüsusi qrup yaratmaq planlarını açıqlayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər