“Türkiyə-Ermənistan sərhədləri Bakı və İrəvan arasında sülh müqaviləsi imzalandıqdan sonra açıla bilər”.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Tatevik Ayrapetyan deyib.
Ekspert bunun Türkiyənin sərhədləri açması üçün Ermənistana əsas şərtinin olduğunu bildirib.
“Türkiyənin ilkin şərt olmadan sərhədi açacağını düşünmürəm. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayana qədər Türkiyə sərhədləri açmayacaq”, - ekspert söyləyib.
Ayrapetyan xüsusən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələdə prinsipial olduğunu diqqətə çatdırıb.