27 Fevral 2023 12:38
4 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan, Türkiyə və Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı ciddi müzakirələr gedir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, siyasi ekspert Tatevik Ayrapetyan deyib.

“İlham Əliyev ötən həftənin sonunda Türkiyəyə getdi. Bundan sonra Putinlə Ərdoğan arasında telefon danışığı oldu, bu, ötən həftənin son dörd günündə ikinci söhbət idi. Bu gün Lavrovun Bakıya səfəri başlayır. Yaxın vaxtlarda İran xarici işlər nazirinin Moskvaya səfəri gözlənilir.

Görünən odur ki, regionda ciddi müzakirələr gedir, əminəm ki, mərkəzi məsələlərdən biri Laçın və Zəngəzur dəhlizləri ilə bağlıdır”, - ekspert bildirib.

Ayrapetyan müzakirələrin sonunda Laçın yolunda Azərbaycanın müvafiq qurumlarının nəzarət-buraxılış məntəqələrinin qoyulacağına işarə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər