Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində ölkəsi ilə birgə hazırlanmış təşəbbüslərin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, XİN sözçüsü Cənubi Qafqazı “açar region” adlandırıb.
“Bu regionu sözün əsl mənasında açar, Azərbaycan və Ermənistan tərəflərinin Rusiya ilə birgə hazırladıqları sülh təşəbbüslərinin həyata keçiriləcəyinə hələ də ümidin olduğu region adlandırmaq olar”, - Zaxarova bildirib.
Rusiya rəsmis Qərbin Cənubi Qafqaza daxil olmaq cəhdlərinə mənfi reaksiya verib. Onun fikrincə, bu siyasət münaqişənin həlli üçün deyil, tam əks məqsədlər üçün aparılır.
“Təəssüf ki, uzun illərdir burada bu tendensiyanı müşahidə edirik. İndi qərbpərəstlər daha da fəallaşıblar”, - diplomat əlavə edib.
Zaxarova iddia edib ki, münaqişələrin Qərb dövlətlərinin iştirakı ilə həlli ilə bağlı uğurlu nümunələr yoxdur, əksinə, münaqişələrin sayı nədənsə kollektiv Qərbin təşəbbüsü ilə artır:
“Heç kim deyə bilməz ki, kollektiv Qərbin ayağı, əli, ağlı olan yerdə işlər yaxşılaşıb”.