Heydər Əliyev qlobal səviyyədə görkəmli şəxsiyyət idi.
Teleqraf.com xəbər verir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbir zamanı deyib.
O qeyd edib ki, bəzi liderlər vardır ki, onlar ölkəsi, xalqı, region üçün görkəmli şəxsiyyət olur.
“Lakin Heydər Əliyev ölkəsi, xalqı, regionla yanaşı qlobal səviyyədə görkəmli şəxsiyyət idi. Heydər Əliyevin dünya siyasi liderləri arasında xüsusi yeri olub. Heydər Əliyevin adı Azərbaycanda institusional islahatlar, iqtisadi inkişafla bağlıdır”