“İctimai platformalarda, internetdə Ermənistan hökumətinin bəzi sənədlərə (sülh müqaviləsi) imza atacağına dair həyəcan təbili çalınır. Sizi əmin etmək istəyirəm ki, əgər hansısa sənədi imzalamağa bir, iki və ya üç gün qalmış vəziyyətdəyiksə, bu, əslində pis deyil, çox yaxşı xəbərdir. Bu o deməkdir ki, biz danışıqlar prosesində irəliləyiş və nəticə əldə etmişik”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, belə bir sənədin imzalanması bölgədə uzunmüddətli sülh, sabitlik və inkişaf demək olacaq.
Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı irəliləyişin olduğunu söyləyib:
“Həmin sənəd haqqında nə deyə bilərəm? Deyə bilərəm ki, istənilən halda müəyyən irəliləyiş görürük”.