Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2014-cü ilin xidməti fəaliyyətin yekunlarına və 2015-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib.
Xidmətdən Teleqraf.com-a verilən məlumata görə, müşavirədə general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində görülmüş işlərə dair məruzə edib, 2015-ci ildə xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib.
Müşavirədə bir sıra məsələlər müzakirə olunub, general-leytenant A.Rəhimov 2015-ci ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini verib.
Müşavirənin yekununda xidmət rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Bəxtiyar