2 May 2023 21:42
4 994
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fəridi 7 il atasız, zülmlə böyütmüşəm. Araşdırıb bir idman müəllimi tapdım. Heç kəs demədi ki, o məşqçi narkoman imiş".

Teleqraf.com xəbər verir ki, bu sözləri idman zalında məşqçisi tərəfindən qəddarcasına döyülərək öldürülən 7 yaşlı Fərid Bakarovun anası Aynur Bakarova MTV-də Tarix Əliyevin aparıcısı olduğu "Ümid ilə gəl" verilişində deyib.

O, övladını 4 aydır idmana qoyduğunu deyib.

"Çox mərd uşaq idi, yanında nə etsən, gəlib danışmazdı. Deyirdi ana, hərbçi, şəhid olacam. Mən uşağımı heç vaxt məşqə tək buraxmırdım. Həmin gün müəllim özündə deyildi, əsəbi idi. Dedi ki, çıxın çöldə gözləyin, uşağı qız kimi böyüdürsən. Mən də pilləkənin aşağısında gözlədim, gördüm səs-küy gəlir, müəllim aqressiv şəkildə qışqırır. Uşağım dözməyib altını islatmışdı. Tez şalvarını dəyişdim ki, pərt olmasın. Mərd uşaq idi, uşaqlara da tapşırdım ki, gülməyin ha, tərləyib yaş olub. Paltarını dəyişəndən sonra müəllim məni çölə çıxartdı, uşağım halsız vəziyyətdə idi. Soruşdum ki, niyə belə olub, dedi ki, "kross" qaçmışıq deyə uşaq halsızdır. Məşq bitəndən sonra gördüm uşağım ət kimidir. Gətirdi yanımda, uşağın üstünə qışqırırdı ki, mən sənə nəsə etmişəm? Uşağım da qorxudan əli ilə "yox" hərəkəti göstərdi. Bu insan imkan vermirdi ki, uşağımı həkimə aparım. Bacımla telefonla danışırdım, telefonumu əlimdən alıb dedi ki, heç nə yoxdur, səs-küy salıb mənə problem yaradacaqsan".

Ananın sözlərinə görə, övladı 40 dəqiqənin ərzində xəstəxanada dünyasını dəyişib: "Başı bədəninin üstündə durmurdu, qulaqları gömgöy idi".

Fəridin anası övladının ölümünə səbəbkar olan Mehman Xəlilovun layiq olduğu cəzanı almasını istədiyini söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər