6 Yanvar 2015 06:26
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında cəbhə xəttində gərginliyin artması ilə bağlı münasibətini açıqlayıb. ABŞ Dövlət Departamentiadınan yayılan bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması hallarının artmasından narahatlıq ifadə edilib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib.

“Dağlıq Qarabağda atəşkəsin pozulması bizi narahat edir. ABŞ əvvəlki kimi münaqişənin danışıqlar yolu ilə Minsk qrupu çərçivəsində həllinin tərəfdarıdır. Biz hər iki tərəfi regionda sülhə gətirəcək danışıqlarda iştrak etməyə çağırırıq” - deyə, C.Psaki bildirib.


Müəllif:

Oxşar xəbərlər