Ermənistan Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan mayın 31-dən iyunun 2-dək Moldovaya işgüzar səfərə gediblər.
Teleqraf.com xəbər verir ki, baş nazir Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammitində iştirak edəcək.
Moldovanın paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolz və Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin beştərəfli görüşü də planlaşdırılır.