17 İyul 2023 15:25
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev ideyalarına sadiqik” mövzusunda tədbir keçirib.

Teleqraf.com xəbər verir ki, tədbirdə FHN-in yerli qurumlarının əməkdaşları iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan dahi rəhbər kimi əbədilik qazanıb. Ölkəmizin dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəldiyini bildirən natiq qeyd edib ki, bu mütərəqqi siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Daha sonra tədbir iştirakçıları Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə təşkil olunan ekskursiya zamanı görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid maraqlı sənədlər, fotolar, nəşrlər və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər