“Tehranın Fərid Səfərlini azad etməyə hazırlaşmasını Azərbaycanla münasibətləri normallaşdırmaq istəyində ilk addım kimi qəbul etmək olar”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“İran məhkəməsinin Fərid Səfərliyə iki il həbs hökmü çıxarması vətəndaşımızın yaxın günlərdə azad olunacağından xəbər verir, əks halda “casus” iddiasıyla daha uzun müddətə həbsə məhkum etməliydilər. Əslində Tehran Fəridi Azərbaycanda İran kəşfiyyatı ilə əlaqəli olmaqda ittiham edilənlərə cavab olaraq həbs etmişdi. Tehranın Fəridi azad etməyə hazırlaşmasını Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi kimi qəbul etmək olarmı? Bu, ilk addım sayıla bilər, ancaq Azərbaycan səfirliyinə edilən terror hücumunun araşdırılmasının nəticəsini də görməliyik”, - ekspert bildirib.