Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun I Qarabağ müharibəsində vurduğu erməni tankı Qənimətlər Parkına gətirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntü yayılıb.
Qeyd edək ki, bu, Şuşa şəhərinə girmək istəyən ilk tankdır. Milli Qəhrəman Albert Aqarunov bu tankı məhv etmişdi. 1992-ci ildəki işgaldan sonra isə ermənilər həmin tankı bərpa edərək, Şuşa şəhərinin girişində "qələbə simvolu" olaraq abidə kimi qoymuşdu. Bu gün isə həmin "tank abidəsi" demontaj olundu.