Rusiya sülhməramlı kontingentinin helikopterləri Xankəndidəki partlayış nəticəsində yaralanan 142 nəfəri Ermənistana təxliyə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əlavə bildirilib ki, sülhməramlılar Ağdamdan Qarabağın mülki əhalisi üçün humanitar yüklərin çatdırılmasını təmin ediblər. Ümumilikdə 44 tondan çox ərzaq və dərman preparatları gətirilib.