Separatçı rejimin özünü buraxması Ermənistanın sabiq prezidenti, “Xocalı cəlladı” Serj Sərkisyanı məyus edib.
Teleqraf.com xəbər verir ki, jurnalistlərə açıqlamasında məyusluğunu gizlədə bilməyən "Xocalı cəlladı" söhbəti qısa kəsib.
Bununla yanaşı, Azərbaycana qarşı separatçı və faşist düşüncəsindən imtina etmədiyini də bu sözlərlə ifadə edib:
“Mənim üçün “artsax səhifəsi” heç vaxt bağlanmayacaq”.
Vaxtilə cinayətkar əməllərinin nəticəsi olan bu qondarma məsələ haqda da, törətdiyi başqa bir cinayət üçün mühakimə olunduğu məhkəmə prosesindən sonra danışıb.