29 Sentyabr 2023 11:42
9 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Bakı İrəvandan Ermənistana - Qərbi Azərbaycana geri qayıdacaq azərbaycanlı qaçqınların təhlükəsizliyinə dair təminat almağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Rəsmi mənbələr bildirirlər ki, sülh müqaviləsinin imzalanmasına əsas maneə rəsmi Bakının sazişin mümkün bəndlərindən biri kimi, təminat almağa çalışdığı qaçqınların geri qaytarılması məsələsidir. Bakı azərbaycanlıların geri qayıtması halında onların təhlükəsizliyini və hüquqlarını təmin etmək üçün Ermənistandan təminat tələb edir.

Nikol Paşinyan hakim partiyanın üzvləri ilə son qapalı görüşündə bu barədə açıq danışıb, bildirib ki, beynəlxalq konvensiyalara zidd gedə, qaçqınların geri qayıtmasını rədd edə bilməzlər”, - məlumatda deyilir.

“Hraparak” qeyd edir ki, son zamanlarda Azərbaycanın məsələ ilə bağlı çağırışları beynəlxalq strukturlara da çatıb:

“ABŞ, Avropa və Rusiyanın yüksək rütbəli rəsmiləri bu mövzuda danışmağa başlayıblar, bildirirlər ki, bu məsələ ən azı Ermənistan-Azərbaycan danışıqlarında müzakirə obyekti olmalıdır.

İyulun 15-də Brüsseldə Əliyev-Paşinyan-Mişel görüşündən bir gün sonra Azərbaycan mətbuatı Qərbi Azərbaycan İcmasının bəyanatını yayımladı, baxmayaraq, görüşdən sonra Şarl Mişelin bəyanatında bu barədə heç bir məlumat yox idi, amma Azərbaycan mətbuatı yazdı ki, üçtərəfli görüş zamanı qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz qayıtması məsələsi müzakirə olunub. Görüşdən 10 gün sonra Paşinyan mətbuat konfransında dolayısı ilə belə bir müzakirənin olduğunu təsdiqlədi”.

Erməni nəşri Azərbaycan prezidentinin tələbinin Ermənistan baş naziri tərəfindən qəbul olunduğunu istisna etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər