3 Oktyabr 2023 16:04
7 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ermənistandakı Metsamor AES-in bağlanması tələbi ilə növbəti dəfə Atom Enerjisi üzrə Beynəlalq Agentliyə (AEBA) müraciət edib.

Teleqraf.com xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan deyib.

Ekspert bununla yanaşı, Türkiyənin Ermənistana təqdim etdiyi “tələblər siyahısı”nı da təqdim edib:

“Türkiyənin Ermənistana təqdim etdiyi tələblərin əsas siyahısını təqdim edirik.

Həmin tələblər aşağıdakılardır:

- Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü, eləcə də 1921-ci il Qars müqaviləsini tanımaq;

- Anklavların (Qazax və Naxçıvanın kəndləri) Azərbaycana təhvil verilməsi;

- Azərbaycana Sünik (Zəngəzur) üzərindən xüsusi statuslu yol (dəhliz) vermək;

- Ermənistan silahlı qüvvələrini ixtisar etmək, həm şəxsi heyətin, həm də texnikanın sayını və növünü minimuma endirmək

- Metsamor Atom Elektrik Stansiyasını bağlamaq;

- Türkiyə Cümhuriyyəti ilə sərhədlərin yenidən müəyyən edilməsi;

- Ermənistanın təhsil sistemini və bütün simvollarını və təqvimini dəyişdirmək;

- Ermənistanda türklərin və azərbaycanlıların kompakt məskunlaşma yerlərinin yaradılmasına, türk mədəni muxtariyyətlərinin formalaşmasına və onların hüquqlarına təminat vermək;

- Rusiya sərhədçilərini Ermənistan-Türkiyə sərhədindən çıxarmaq;

- “Erməni soyqırımı”nın beynəlxalq aləmdə tanıdılması məsələsini bağlamaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər