“Nikolun baş nazirliyi dövründə yeni növbədənkənar seçkilərə imkan verilə bilməz. Belə bir şey Ermənistana ağır zərbə olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.
Zakaryan qeyd edib ki, Nikol Paşinyan 2018-ci ildən bəri üç dəfə baş nazir seçildiyi erkən seçki keçirib, hər dəfə Ermənistan Azərbaycana məğlub olub:
“Siyasi kulislərdə yenidən 2024-cü ildə erkən seçkilərin keçirilməsi mövzusu dolaşmağa başlayıb, bu da planlaşdırılan təhlükəli ssenaridən xəbər verir”.
Onun sözlərinə görə, hər növbədənkənar seçkilərdən sonra Ermənistan Azərbaycan qarşısında ciddi itkilərə məruz qalır:
“Nikolun ətrafı ictimai biganəlik, inzibati resurslardan istifadə və Qərbin gözü qarşısında yeni erkən seçkilərə getmək barədə düşünür. Məqsəd yeni müharibə nəticəsində ağrılı qərarlar qəbul etmək üçün legitimlik qazanmaq və parlament müxalifətini mütləq qərbpərəst və məğlubiyyətçi qüvvələrlə əvəzləməkdir.
Hər üç ildən bir erkən seçki olacaq, nəticədə yeni uğursuzluqlar, itkilər və müharibələr olacaq. Nikolun baş nazirliyi dövründə yeni növbədənkənar seçkilərə icazə verilə bilməz. Belə bir şey Ermənistana ağır zərbə olacaq”.