5 Dekabr 2023 13:13
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın ərazi bütövlüyünü və suverenliyini, regionda güclü və uzunmüddətli sülhü dəstəkləyirik”.

Teleqraf.com xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani İrəvanda keçirilən “Yeni regional reallıqlar və “Sülh qovşağı” adlı konfransda çıxışında deyib.

Səfir “belə tədbirlər”in hər iki ölkə üçün yeni imkanlar aça biləcəyini söyləyib.

Onun sözlərinə görə, Ermənistanla İran arasında “çoxillik əlaqələr” münasibətlərin hazırkı inkişafı üçün vacibdir:

“Ermənistanla ümumi sərhədimiz regionun digər ölkələri ilə müqayisədə ən qısasıdır, amma keyfiyyət baxımından ən yaxşılarından biridir. O sərhəd həmişə dostluq, qonşuluq sərhədi olub. İki ölkə heç vaxt bir-birini təhdid etməyib, həmişə qarşılıqlı inkişaf üçün imkanlar yaradıb”.

Ermənistandan fərqli olaraq, İran “din qardaşı”, “yaxın qonşu” adlandırdığı Azərbaycanı zaman-zaman təhdid edib, hədələyib, sərhədi yaxınlığında hərbi təlimlər keçirib və sair.

Zəngəzur dəhlizi ideyası üzərindən Azərbaycana olmazın ittihamlar və hədyanlar səsləndirən İranın səfiri Ermənistandan keçməsinə razı olduqları başqa bir dəhliz projesinə - Hindistan-İran-Ermənistan-Gürcüstan xəttinə diqqət çəkib. Səfir bu kontekstdə bildirib ki, Ermənistan vasitəsilə Hindistandan Qara dənizə tranzit imkanları yüklərin Avropaya daşınması üçün etibarlı yol açacaq. Bu mənada Sobhani Hindistan və Ermənistanın həmin layihədə iştirakının vacibliyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər