9 Dekabr 2023 23:20
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət irəliləyişləri və sülh quruculuğu istiqamətində atılan son addımları alqışlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin (XİN) bəyanat yayıb.

Bəyanatda iki ölkə arasında razılaşdırılmış etimad quruculuğu tədbirləri yüksək qiymətləndirilib və bu təşəbbüsün Ermənistan və Azərbaycan xalqları, eləcə də bütün Qafqazda daha da inkişafa nail olunması üçün sabitliyin gücləndirilməsinə və sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verəcəyinə ümid ifadə edilib.

Nazirlik BƏƏ-nin Ermənistan və Azərbaycan tərəfindən regional və beynəlxalq səviyyədə təhlükəsizliyin və sülhün gücləndirilməsi istiqamətində razılaşdırılmış bütün tədbirləri dəstəklədiyini, iki ölkə arasında konstruktiv əməkdaşlığın yeni dövrünün başlanğıcını qoyan davamlı nizamlanmanı möhkəmləndirdiyini vurğulayıb.

Nazirlik BƏƏ-nin fikir ayrılıqlarının sülh yolu ilə həllində körpülərin qurulması, əməkdaşlıq və dialoqun vacibliyini vurğuladığını bir daha təsdiqləyib.


Müəllif: Teleqraf.com