20 Yanvar 2015 13:51
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 il öncə, 1990-cı il 19 yanvar. Qorbaçovun sovet ordusunu Bakıya göndərməyinə bir gün qalıb. Hərçənd buna qədər Bakıda “qətliam ssenarisi” hazır idi.

Həmin tarixdən 3 gün öncə, yanvarın 17-də şimaldan hərbi eşelonun daxil olması da bunu göstərir. O vaxt şimal bölgəsinin yerli əhalisi hərbi qatarın Bakıya doğru irəliləməsinə imkan vermədi. Lakin eyni ssenari fərqli istiqamətdən daxil edilən qoşunla gerçəkləşdirildi.

Zirehli texnika ilə Bakıya daxil olan sovet ordusu şəhərdə dinc əhaliyə əsl divan tutdu. 20 Yanvar Azərbaycanın hüzn günü olmaqla yanaşı, müstəqilliyinə qovuşduğu tarix olaraq da yadda qaldı. Əli yalın azərbaycanlılar sovet tanklarının önünə çıxmaqla SSRİ imperiyasını çökdürdü, “xalqlar həbsxanasında” olan 15 respublikanı da azadlığa qovuşdurdu.

20 Yanvar hadisələrinə görə cinayət məsuliyyəti daşıyanlar hələ də cəzasını almayıb. Günahkar kim idi?. Bu sual qarşısında həmişə nəzərlər Moskvaya, keçmiş SSRİ-yə və bu gün Qərbin qucağında oturub ahıl yaşını yaşayan “ləkəli başa” – Qorbaçova yönəlir. Bu da düzgündür, Azərbaycan xalqına divan onlar tutmuşdu. Digər günahkar o zamankı yerli hakimiyyət və radikal müxalifət idi. Lakin siyahı bununla tamamlanmır...

Həmin dövrdəki beynəlxalq geosiyasi mənzərəyə nəzərə salaq. 1989-cu ildə ABŞ Panamaya müdaxilə etdi. Ardınca SSRİ tərkibində olan Şərqi Avropa ölkələrində Moskvaya qarşı etirazlar başladı. Vaşinqtondan SSRİ xarici işlər naziri Eduard Şevardnadzeyə müraciət daxil oldu ki, Moskva baş verən etirazlara müdaxilə edərsə, ABŞ bu məsələdə neytral qalacaq. Kreml Vaşinqtonun bu müraciətini özünün Panama müdaxiləsinə haqq qazandırmaq üçün etdiyini anlayırdı. Ona görə də etirazlara qarşı silah işlədilmədi. Lakin bu, Kremlin Bakı müdaxiləsinə zəmin yaratdı. 1989-cu ildən cəmi bir il sonra Bakıda Qanlı Yanvar hadisələri törədildi və Vaşinqton susdu. Bu fakt 20 Yanvar faciəsinə görə, ABŞ-ın da məsuliyyət daşıdığı fikrinə haqq qazandırır.
Lakin hər şey bundan ibarət deyilmiş və 25 il sonra ortaya çıxan bir sıra sənədlər azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsində, buna paralel olaraq, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətində Ağ Evin indi demokratiya adı altında hər kəsin gözünə soxduğu barmağının olduğunu göstərir...

1990-cı il, 20 Yanvar qırğınından bir gün öncə. Yanvarın 19-da Moskvada ABŞ Senatının xarici məsələlər üzrə alt komissiyasının sədri KleybornPelləSSRİ xarici işlər naziri Şevardnadze arasında görüş keçirilir.
K. Pell görüş zamanı bildirir ki, Sovet rəhbərliyi “Azərbaycana erməni Qarabağı üzərində” nəzarəti həyata keçirməkdə davam etməyə icazə verməməlidir.

“Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də ermənilərə zor tətbiq edilməsindən dəhşətə gəlmişəm. Sovet rəhbərliyi erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet rəhbərliyi Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxartmalıdır. Azərbaycana bundan sonra da Dağlıq Qarabağa nəzarət etməyə imkan vermək vəziyyəti pisləşdirmək deməkdir”, - Pell ABŞ-dakı erməni diasporunun verdiyi pulla aldığı bahalı kostyumunu düzəldə-düzəldə 25 il öncə Şevardnadzeyə belə deyirdi.

Həmin görüşdən bir gün sonra SSRİ-nin “ləkəli başı” “azərbaycanlılar ermənilərə divan tutur” iddiası ilə Bakıya ordu yeridir.
O həqiqət idi ki, Qorbaçov SSRİ-nin başına gətirilmiş ABŞ adamı idi və Vaşinqtonun “erməni sevgisi” onun timsalında təzahürünü tapırdı.

SSRİ müdafiə naziri olmuş, Bakıdakı qırğınların birbaşa icraçısı DmitriYazov həmin vaxtı belə xatırlayır: “Mən erməni mədəniyyət işçilərinin iclasında iştirak edirdim. Yazıçı Silva Kaputikyan Qarabağ haqqında danışmağa başlayanda Qorbaçov xüsusi tərzdə soruşdu: “Siz Artsax haqqında danışırsınız?” Ermənilər Qarabağı “Artsax” adlandırır. Bu, onların xoşuna gəldi. Onlar gülümsəməyə başladılar və Qorbaçova dedilər: “Siz tarixi bilirsiniz”. Əslində, Qorbaçov tarixi bilmirdi. Ona, sadəcə, kimsə bu haqda demişdi və o, ermənilərin xoşuna gəlmək üçün belə etdi. Bu görüşdə ciddi suallara toxunulmuşdu. Ermənilər Qarabağı Azərbaycandan ayırmağı tələb edirdilər.
İclasda MK Siyasi Büronun üzvləri Nikolay Rıjkov və Slyunkov da iştirak edirdi. Biz bir-birimizin üzünə baxdıq. Anladıq ki, Qorbaçov danışıq aparmır, odun üzərinə yağ tökür. Müdafiə naziri kimi 172 min azərbaycanlının öz torpaqlarından qovulduğu artıq mənə məlum idi”.
Öz kolleqası bu sözlərlə Qorbaçovun kimliyini açıqlayır.

20 Yanvar qırğınından üç ay sonra – martın 18-də ABŞ Konqresinin bir qrup deputatı Qorbaçova müraciət edir.

Konqresmenlər azərbaycanlıların 6 gün ərzində Bakıda qətllər və zorakılıqlar həyata keçirmələrindən, eləcə də erməni əmlakının məhv edilməsindən narahat olduqlarını bildirirlər. Qeyd edirlər ki, öldürülən 60 nəfərin və yaralanan 156 şəxsin çoxu ermənilərdir.

Məktubda bildirilir ki, Azərbaycana göndərilən sovet zabitləri baş verənləri vətəndaş müharibəsi kimi dəyərləndiriblər: “Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Orada zəlzələ zonasında çoxlu sayda amerikalı və digər xaricilər işləyir. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız”.

Bu müraciət ABŞ-ın 20 Yanvar faciəsi və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsində hansı dərəcədə rol oynadığını göstərir. Bu faktdan çıxış edərək, Vaşinqtonun Dağlıq Qarabağda azərbaycanlıların qətlə yetirilməsinə, bəşəriyyətin tarixində qara hərflərlə yazılmış Xocalı soyqırımına görə ən azı ermənilər qədər məsuliyyət daşıdığını iddia etmək mümkündür.

Bu gün Vaşinqton Azərbaycana “demokratiya dərsi” keçir. Bu gün ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçi kimi çıxış edir. Hərçənd, onların nə qədər ədalətli ola biləcəyini bu faktlar bir daha sübut edir.

Maraqlıdır ki, Qorbaçova ünvanlanan müraciətə imza atanlar arasında Qarabağın ermənilərə verilməsiniŞevarnadzedən tələb edən KleybornPell da var. Həmçinin, senatorlar PitUilson, PolSeymak, LerriBrekslerdə müraciətə imza atıblar.

Müraciətin altındakı imzalar arasında daha bir şəxs diqqət çəkir: hazırda ABŞ-ın xarici siyasətini icra edən, Dövlət Departamentinin rəhbəri ConKerri.O, bu gün Vaşinqtonun Azərbaycana dair siyasətini yerinə yetirir, Bakıya ikitərəfli münasibətlərin inkişafı naminə şərtlər irəli sürür, “siyasi məhbus”, “demokratiya” adı altında aşkar müdaxilələrə cəhdlər edir və daim Azərbaycanı tənqid atəşinə tutur. Onun 25 il öncəki müraciəti ilə hazırki fəaliyyəti arasında heç nə dəyişməyib.

Kerri Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinə dair siyasətini də icra edən, daha dəqiq desək müəyyənləşdirə şəxsdir. Bu adamdan hansı ədalətli gözləmək olar, bax burası müəmmalı məsələdir..

Bu fakt kontekstində ötən il prezidentlərin Uels görüşünü xatırlamaq olar. Həmin görüşdə Ermənistan prezidenti, Dağlıq Qarabağda azərbaycanlıları qətlə yetirən SerjSərkisyanla görüşəndə ConKerri sanki anasının “oğlu” ilə söhbət edirdi. Belə adamlar dünyaya hansı ədalətli aşılaya bilərlər ki?
Bu, diplomatiya deyil, heç ABŞ-ın milli maraqları da deyil. Bunun adı sadəcə, “siyasi fahişəlikdir”.

Görünür, indiyə qədər 20 Yanvar qırğınına və torpaqlarımızın işğalına, hətta Xocalı soyqırımına görə günahkarı səhv yerdə axtarmışıq. Daha doğrusu, pərdəarxası günahkardan xəbərimiz olmayıb. Bütün bu faciələrin, ədalətsizliyin arxasında, sən demə, bir qüvvə dayanır: Amerika.

Publika.az


Müəllif:

Oxşar xəbərlər