22 Dekabr 2023 13:42
4 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş separatçı Samvel Şahramanyan keçmiş qondarma qurumun fəaliyyətinin dayandırılması ilə bağlı “fərman”ını geri götürə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, sentyabrın 19-da Azərbaycan ordusunun başladığı antiterror tədbirlərindən sonra qondarma rejim rəsmi Bakının bütün tələblərini qəbul edib. Söhbət separatçı rejimin buraxılmasından və qanunsuz hərbi qüvvələrin tərksilah edilərək, ərazimizdən çıxarılmasından gedir. Bütün bunların hamısı baş verib.

Sentyabrın 28-də Samvel Şahramanyan “fərman” imzalayaraq, qondarma rejimin yanvarın 1-dən fəaliyyətini dayandıracağını açıqlayıb. Artıq separatçıların Azərbaycan ərazisində - Qarabağda heç bir mövcudluğu yoxdur. Antiterror tədbirlərindən sonra ərazimizi tərk edən separatçılar qanunsuz fəaliyyətlərini Ermənistanda davam etdirirlər. İndi söhbət separatçıların İrəvandakı fəaliyyətlərinin də dayandırılmasından gedir.

“Joqovurd” Şahramanyanın noyabrda səsləndirdiyi bir fikrə də diqqət çəkib. Separatçı onda demişdi ki, heç bir şəxsin imzaladığı fərman “artsax”ı (keçmiş separatçı qurum) ləğv edə bilməz.

“Belədirsə, qəribədir ki, Şahramanyan özünün imzaladığı “fərman”ı ləğv etdiyini rəsmi şəkildə niyə elan etmir?

Əldə etdiyimiz məlumata görə, həmin “sənəd”in ləğvi barədə “fərman” var, amma nədənsə onu dərc etməkdən yayınırlar. “Artsaxın ləğvi sənədi”nin qüvvəyə minməsinə çox az vaxt qalıb, ona qədər necə hərəkət edəcəklərini zaman göstərəcək”, - nəşr bildirir.

Mənbə Ermənistan hökumətinin qondarma qurumun İrəvanda saxlanılmasının tərəfdarı olmadığını da yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər