Azərbaycanda alimentlərlə əlaqədar məhkəmə qərarlarının icrası vəziyyəti açıqlanıb.
Ədliyyə Nazirliyindən Trend-in rəsmi sorğusuna cavab olaraq bildiriblər ki, 2014-cü il ərzində aliment tələbi ilə bağlı yerli icra qurumlarının icraatında 52467 icra sənədi olub.
Həmin işlərdən 4416-nın icrası tamamlanıb, 48051 iş üzrə isə ödəmələr vaxtaşırı aparılır.
O cümlədən, 1997 borclu şəxsin axtarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib.