Xankəndi, Əsgəran, Ağdərə və Xocalıda da ayrıca məntəqələr yaradılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.
"Xankəndidə seçki məntəqəsini artıq yaratmışıq. Azad edilmiş ərazilərdə yaratdığımız məntəqələr digər yerlərdə yaradılan məntəqələrə nümunə olmalıdır. Yeni qurulduğu üçün müəyyən çatışmazlıqlar ola bilər", - deyə o, əlavə edib.