Prezident seçkilərinə çox az vaxt qalıb. Təşviqatın, təbliğatın qızğın dövründə müəyyən məsələlərin gedişi ilə bağlı fikir bildirmək istəyərdim. Niyə məhz İlham Əliyev? Bu dövrdə İlham Əliyev xalqın tələbidir. Birmənalı olaraq demək olar ki, xalq və vətənin taleyi İlham Əliyevin taleyidir. İlham Əliyev son 200 ildə Azərbaycan tarixində böyük iz qoyan şəxsiyyətdir. Artıq Azərbaycanda bütün qələbələrin fövqündə bir qələbə var. Bu qələbəni də təmin edən ölkəmizin müzəffər Ali Baş Komandanı İlham Əliyevdir. Azərbaycanın gələcək inkişafı ilə bağlı da İlham Əliyev tərəfindən uğurlu strategiya müəyyənləşib.
Bunu Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.
Onun sözlərinə görə, bu, ölkəmizə daha böyük hədəflərə çatmaq üçün başlıca zəmin hesab olunur:
"İlham Əliyev məktəbinin davamçıları yüzlərlə, minlərlə olacaq. Onlar Azərbaycanın bu cür dəyişməsinin real səbəbkarı, tarixi şəxsiyyət kimi İlham Əliyevin etdiklərini dəyərləndirəcəklər.
Hesab edirəm ki, indiki dövrdə İlham Əliyev strategiyasının uğurları dünyada bir neçə ölkəni, eyni zamanda Ermənistandan betər erməni olan Fransanı və digər ölkələri narahat etməkdə davam edir. Ən azından indiki vəziyyətdə bu cür hücumların yaranmasının ən böyük, başlıca səbəbi də məhz yenidən uzaqgörən, görkəmli siyasətçi, müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident seçiləcəyi ilə bağlıdır. Həmin qüvvələr istəmirlər ki, İlham Əliyev yenidən seçilsin. Dünya ölkələrində olan bəzi naqislərin, ermənipərəstlərin bu məsələdə İlham Əliyevə qarşı qısqanc yanaşmaların ifadəsidir ki, Avropa Şurası, erməniləşmiş Fransa bu məsələlərə onun üçün bu cür münasibət bildirir. Düşünürəm ki, xalq birmənalı cənab Prezidenti dəstəkləyir. Əslində, digər ölkələr kimi, Fransanın və digər ermənipərəst qüvvələrin ən böyük təhlükəsi yenidən İlham Əliyevin irəli sürdüyü uzun strateji planı həyata keçirəcəyidir. Bu məsələdə qətiyyət göstərəcəyinə indidən qorxu və həyəcanla yanaşırlar. Ona görə onlar hansısa ailəsini idarə edə bilməyən marionetka, yəni vətən, dövlət üçün fikirləşə bilməyən bir kəsin, bu seçicilərdə iştirak etməsini istəyirdilər. Onlar bunun üçün səs-küy salırlar. Azərbaycan Prezidentinin seçkidə qələbəsi təsdiqini 7 fevral da tapacaq. Çünki Azərbaycan xalqının taleyini və tarixini yaza bilən və yazmış şəxs İlham Əliyevdir”.
Professor bildirib ki, namizədlər, alternativlərin olması sadəcə cəmiyyətin demokratikliyini göstərir:
"Kim istəyir namizədliyini verib, qeydiyyatdan keçib. O namizədlər də dünyada yüksək nüfuzu olan, özünün siyasi iradəsini ortaya qoyan və planlarını həyata keçirən İham Əliyevin qüdrətini yaxşı bilirlər. Düşünürəm ki, onların kompaniyalar aparmaları, indiki dövrdə bu qədər özlərini yormaları əhəmiyyət kəsb etmir. İlham Əliyev qalibdir. Azərbaycanda bir məktəb formalaşıb. O da İlham Əliyev məktəbidir. Uğurlu və zamanın tələbi və diktəsi ilə İlham Əliyev Azərbaycanı daha uğurlu, böyük gələcəyə aparacaq. Artıq yeni-yeni strategiyaların və yeni tələblərin həyata keçirilməsini yalnız bir nəfər edə bilər. O da ki, cənab Ali Baş Komandandır".