1 Fevral 19:56
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulazadə ilə bağlı söylədikləri bilgisizlikdən qaynaqlanır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya rəsmisinin Rəsulzadəni faşist Qregin Njde ilə eyniləşdirməsi qəbuledilməzdir:

“Rusiya rəsmilərinin Nikol Paşinyandan xoşları gəlməsə də, əvvəlki kimi Ermənistanla Azərbaycan arasında “bərabərlik işarəsi” qoymaq ənənəsindən qurtulmaq istəmirlər. Zaxarovanın brifinqdə erməni jurnalistin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı təxribatçı suala verdiyi təxribatçı cavab bu siyasətin tərkib hissəsidir.

Biz soruşduq ki, Rusiya niyə Ermənistanda faşist Qaregin Njdeyə heykəl qoyulmasına etiraz etmir, axı o, Hitler Almaniyasının əmrlərini yerinə yetirib? Rusiya rəsmiləri bir-iki kəlmə narazılıq etməklə işlərini bitmiş hesab etdilər, Njdenin heykəli İrəvanda yerindədir. Ermənilər əks-həmlə ilə Zaxarovadan bu dəfə Məhəmməd Əmin Rəsulzadə əleyhinə açıqlama almaq istədilər, o da dedi ki, məsələ ilə bağlı qiymətləndirmələrini Azərbaycana çatdırıblar və onunla əlaqə saxlayırlar.

Birincisi, hansı qiymətləndirmədən söhbət gedir? İkincisi, Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiyadakı səfirliyimiz Zaxarovaya xatırlatmalıdır ki, Rəsulzadə ilə Njde arasında paralellər aparmaq, yumşaq desək, yanlışdır, tarixi bilgisizlikdir, ikinci faşistlərin əlaltısı olub, onların əmrlərini yerinə yetirərək qətllər törədib.

Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu isə İkinci Dünya Müharibəsində azərbaycanlıları əsirlikdən xilas etmək üçün çalışıb və inadkarlığına görə müharibənin gedişində Berlinə girişinə qadağa qoyulub. Bunu Zaxarovaya xatırlatmaq lazımdır ki, gələn dəfə Rəsulzadə və digər tarixi şəxsiyyətlərimiz haqda danışanda qeyri-dəqiq ifadələrə yol verməsin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər