Otuz il elə bildik ki, bölgənin ən güclüsü Ermənistan ordusudur, belə deyilmiş.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Spikerin “Ermənistan müharibəyə hazırdırmı” sualına cavabı belə olub:
“Bu suala heç kim cavab verə bilməz, bunun üçün bilmək lazımdır ki, məsələn, qarşı tərəfdə (Azərbaycan – red.) atom bombası var, ya yox. Otuz il ərzində bizə elə gəlirdi ki, hazırıq və bölgənin ən bacarıqlı ordusuna malikik. Məlum oldu ki, belə deyil. Başqa bir oxşar nümunə dünyanın başqa yerində baş verdi, hansısa ölkə özünün dünyanın ən bacarıqlı ordusuna sahib olduğunu düşünürsə, gedib bataqlıqda qalır”.
Alen Simonyan son cümləsi ilə Ukraynada müharibəni davam etdirən Rusiya ordusuna eyham vurub.