2 Aprel 11:45
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş separatçı rejimin İrəvandakı uzantılarını birdəfəlik bitirməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, İrəvandakı separatçı qurumları Ermənistanın təhlükəsizliyinə təhdid hesab edən Paşinyan bunları məhv etməyə çalışır.

“Ötən həftəsonu hakim partiyanın bir qrup üzvü Araqatsotnda Qarabağ erməniləri ilə görüşərək, onların problemlərini müzakirə edib, həll yolu tapacağına söz verib.

Hökumət bu cür görüşlərlə nəhayət “artsaxın dövlət qurumları”nın (keçmiş qondarma rejim) üzərinə məzar daşı qoymaq istəyir. Ermənistan hökuməti Qarabağ ermənilərinin problemlərini həmin “qurumlar” vasitəsilə yox, özü birbaşa belə təmaslarla həll etdiyini göstərir. Yəni göstərmək istəyir ki, bu “strukturlar”a heç bir ehtiyac yoxdur və bunun mənası da yoxdur”, - məlumatda deyilir.

Ermənistan baş naziri ötən həftə özünü “mühacir hökumətin başçısı” adlandıran Samvel Şahramanyana xəbərdarlıq edib. Onun sözlərinə görə, belə iddialar Ermənistanın təhlükəsizliyinə təhdid yaradır, bu sayıqlamaya son qoyulmalıdır. Paşinyan Şahramanyanın bəyan etdiyi “hökumət”i tanımadığını da söyləyib. Bundan sonra separatçıların İrəvandakı ofisinin bağlanacağına dair məlumat yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər