7 Aprel 10:42
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı Cimmi Fallonun aparıcısı olduğu “The Tonight Show” verilişində sərt fikirlər səsləndirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir.

Aparıcı Fallon Klintondan istər Demokratlar Partiyasının namizədi, ABŞ-ın hazırkı prezidenti Co Bayden, istərsə də Respublikaçılar Partiyasının namizədi, keçmiş prezident Donald Trampa səs vermək istəməyən seçicilərə bir neçə söz söyləməyi xahiş edib.

“Seçim yalnız bu iki variant arasında olacaq”, - deyə Klinton cavabında bildirib.

O, əlavə etdi ki, Bayden qocalmasına baxmayaraq, mərhəmətli və effektiv olaraq qalır, Tramp isə daha gənc olsa da, bir çox cinayətlərdə ittiham olunur.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər