Baxın, Kirantsın (Xeyrimli istiqaməti) bir neçə yüz metrliyində Azərbaycan bayrağı dalğalanır, amma bu, müvəqqətidir, alternativ yol çəkiləndən sonra daha da yaxın gəlib yerləşəcəklər.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan ordusunun ehtiyatda olan polkovniki Mihran Maqsudyan Xeyrimli kəndində dalğalanan Azərbaycan bayrağını jurnalistlərə göstərərək deyib.
O qeyd edib ki, yol çəkildikdən sonra Azərbaycan sərhədçiləri kəndin mərkəzindən 50-60 metr məsafədə yerləşəcəklər.
“Hazırda bu istiqamətdə çəkilən alternativ yolda tikinti işləri gedir. Həmin yolda bir ev də sökülməlidir”, - Maqsudyan bildirib.
Polkovnik vurğulayıb ki, mövcud körpü Azərbaycanın nəzarətinə keçib, yeni körpü tikilir: “Düşmən (Azərbaycanı nəzərdə tutur – red.) körpüdən 120 metr aralıda yerləşəcək. Bu, təqdim olunan xəritəyə uyğundur.
Maqusdyan ermənilərin işğal dövründə mənimsəmək istədikləri Xeyrimli kəndinin qalan hissəsinin də yeni yol tikildikdən sonra Azərbaycana təhvil veriləcəyini qeyd edib.