Ermənistan Azərbaycanla onilliklərdir davam edən münaqişəyə son qoya biləcək sülh müqaviləsini imzalamağa yaxındır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda səfərdə olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan hökumətlərinin nümayəndələri barışıq üçün danışıqları davam etdirirlər.
Pauer bildirib ki, Birləşmiş Ştatlar Ermənistanın bu tarixi məqamdan yararlanması üçün əlindən gələni edəcək.
“ABŞ Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə kömək etməyə hazırdır”, - USAID rəhbəri vurğulayıb.
Pauer iki ölkə arasında uzun illər davam edən gərginlikdən sonra fürsət pəncərəsinin açıldığını qeyd edib.
ABŞ nümayəndəsi söyləyib ki, sülhün faydaları Azərbaycan xalqı üçün də əhəmiyyətli olacaq: “Son sorğuya görə, orada da (Azərbaycan) sülh gündəliyinə geniş dəstək var”.
Samanta Pauer çıxışında Ermənistana açıq dəstək, Azərbaycanın ünvanına xoşagəlməz fikirlər səsləndirib. Yəni həmişə ermənipərəst və ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən USAID rəhbəri bu dəfə də təəccübləndirməyib.